Şrift:
Azərbaycanın xam neft və neft məhsulları ixracı artıb
20.02.2020 [12:02] - İqtisadiyyat
Yanvarda Azərbaycandan 3 milyon 986 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 1 milyard 960,5 milyon ABŞ dolları olub. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2019-cu ilin yanvarında ölkədən 2 milyon 395 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 1 milyard 18 milyon dollar təşkil etmişdi.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed