Şrift:
Azərbaycan dövlət sərhədini pozan ermənilər saxlanılıb
25.09.2012 [14:55] - Hadisə
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Ağstafa rayonu ərazisindəki Ağgöl gölündə dövlət sərhədini pozmuş 6 Gürcüstan vətəndaşını sərhəd pozucusu qismində saxlayıb.

Bu barədə DSX-dən məlumat verilib.

Hadisə sentyabrın 23-də baş verib. Gürcüstan vətəndaşları 1 ədəd rezin və 1 ədəd dəmir qayıqla dövlət sərhədini pozarkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

İlkin araşdırma zamanı sərhəd pozucularının Gürcüstan vətəndaşları - 1962-ci il təvəllüdlü Xixityaşvili Zurab Konstantinoviç, 1954-cü il təvəllüdlü Qoqilyadze Nodar Sergeyeviç, 1976-cı il təvəllüdlü Zabiyev Valeri Kiktaroviç, 1943-cü il təvəllüdlü Arzumov Eduard Martinoviç, 1948-ci il təvəllüdlü Lexandiyan Sergey Suriyanoviç və 1948-ci il təvəllüdlü Sarkisyan Mişa Haykoviç olduğu müəyyənləşdirilib.

Hazırda faktla bağlı araşdırma tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed