Şrift:
BANM tələbələri Malayziyada qlobal innovasiya yarışmasının qalibi oldu
20.02.2020 [13:09] - Gənclik
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Malayziyada “Planet üçün yarat 2020” (“Invent For the Planet”) adlı 48 saatlıq qlobal innovasiya yarışmasının qalibi olublar.
BANM-dan bildirilib ki, komanda üzvləri - Əli Yusifov, Elnur Şahbalayev və Nail Kərimov Malayziyanın Petronas Texniki Universitetini təmsil edərək I yerə layiq görülüblər. Yarışmanın son günü komandalar öz layihələri haqqında 90 saniyəlik videoçarx hazırlayaraq, Texas A&M Universitetində keçiriləcək “Invent For the Planet” yarışmasının final mərhələsində iştirak etmək üçün təqdim ediblər.
Qeyd edək ki, dünya üzrə 38 universitetdən yalnız 5 komanda yarışmanın ABŞ-ın Texas ştatında keçiriləcək final mərhələsində təmsil olunmaq hüququ qazanır.
Məlumat üçün bildirək ki, sözügedən tələbələr Bakı Ali Neft Məktəbi ilə neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən Malayziyanın Petronas şirkəti arasında əməkdaşlıq çərçivəsində Malayziyanın Petronas Texniki Universitetində təhsillərini davam etdirirlər. Tələbələrin təqdim etdiyi həll tənha yaşayan yaşlı insanların təcili yardıma ehtiyacı olduqları halda istifadə edə biləcəyi ağıllı cihazdır. Hazırda layihə üzərində təkmiləlləşdirmə işləri aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 99 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed