Şrift:
Urmu Universitetinin öyrəncilərinin parlament seçkiləri ilə bağlı bəyanatı yaydılar
20.02.2020 [13:28] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın ən böyük şəhərlərindən biri olan Urmudakı Universitetin öyrənciləri və eləcə də Güney Azərbaycan Milli Hərəkatının gənc fəalları keçiriləcək parlament seçkiləri ilə bağlı bəyanat yayıblar. Bəyanatda öyrəncilər “Azərbaycan yatma dur” kolisiyasına dəstək verdiklərini qeyd ediblər.
“Güney Azərbaycan Qərb Əyalkətindəki mövcud xüsusi şəraiti nəzərə alaraq Urmu Universitetinin millətçi öyrənciləri olaraq seçkilərə qatılmağı məqsədəuyğun hesab edirik. Uzun sürən müzakirələrdən sonra “Azərbaycan yatma dur” birliyinə dəstək vermək qərarına gəldik.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.
Oyrəncilər bəyanatda dəstək verdikləri namizədlərin adlarını açıqlayıb:
1- Ruhulla Həzrətpur
2- Salman Zakir
3- Vəhid Calalzadə

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed