Şrift:
“Traxtur” tərəfdarlarından Urmu Əyalətinə göz tikənlərə tutarlı cavab
20.02.2020 [13:34] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın başkəndi Təbrizin “Səhənd” stadionunda yerli “Traxtur” futbol takımı ilə ötən gün Kirmanın “Mis” komandası arasında görüş keçirilib. Ölkə kuboku yarışları çərçivəsində keçirilən oyun 4:1 hesabı ilə Güney Azərbaycan takımının qələbəsi ilə başa çatıbdır. Bu qələbədən sonra “Traxtur” yarışların yarımfinal mərhələsinə vəsiqə qazanıb. Oyun soyuq hava şəraitində keçməsinə baxmayaraq görüşdə minlərlə soydaşımız tamaşaçı qismində iştirak edib. Onlar parlament seçkilərinə iki gün qalmış Güney Azərbaycanın Qərb Əyalətinə göz tikən radikal kürdlər və terror qruplaşmalarına tutarlı cavab veriblər.
“Traxtur” azarkeşləri “Dağlar başı dumandı – Bura Azərbaycandı. Bu torpaqdan pay olomaz – Urmu Kürdistan olmaz” və digər milli şüarlar səsləndiriblər.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 149 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed