Şrift:
Evin cəzaevində saxlanılan milli fəal Əkbər Nəiminin azadlığına rejim mane olur
20.02.2020 [13:38] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Əkbər Nəimi ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq barəsində mülki vəsiqə qərarı çıxarıldığını bildirib. Lakin hakim fəalın müvəqqəti sərbəst buraxılmasına mane olur. Milli fəal saxlandıqdan təxminən bir ay sonra fevralın 18-də ailə üzvlərinə zəng edərək Evin zindanının 209-cu korpusunda saxlandığını deyib. O həmçinin inqilab məhkəməsinin Evin zindanındakı şöbəsi tərəfindən müvəqqəti sərbəst buraxılması üçün 200 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıldığını bildirib. Milli fəalın ailə üzvləri fevralın 19-da mülki vəsiqə girov qoymaq üçün şöbəyə müraciət edib, lakin hakim onlara bildirib ki, hələlik Əkbər Nəiminin dosyesi ilə bağlı işlər yekunlaşmayıb, onun sərbəst buraxılmasına icazə verə bilməz.
Qeyd edək ki, İran qanunlarına əsasən mülki vəsiqə qərqarı çıxarıldıqdan sonra təqdim olunan vəsiqə təcili şəkildə qəbul olunmalı və müttəhim sərbəst buraxılmalıdır. Mühəndis Əkbər Nəimi yanvarın 22-də öz iş yerində saxlanmış və naməlum istiqamətdə aparılmışdı. Saxlandıqdan sonra təhlükəsizlik orqanlarının əməkdaşları onun evində axtarış aparmış, fəala məxsus notbuk, mobil telefon və kitabları özləri ilə götürmüşdür. Əkbər Nəimi əslən Xoydan olan tanınmış milli fəal eləcə də bir müddət öncə İran rejimi tərəfindən bağlanan “Günəbaxan Dərnəyi”nin təsisçilərindən biridir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed