Şrift:
Qar altında qalan Güney Azərbaycanın şəhə və kəndlərinə yardım göstərmir
20.02.2020 [13:54] - Güney Azərbaycan xəbərləri
Bu il fevral ayının əvvəllərindən güclü qar nəticəsində Güney Azərbaycanın Xalxal, Ərdəbil və s. bölgələrinin yolları bağlanıb və həyat iflic vəziyyətə düşüb. Lakin dövlət ayrıseçkilik edərək yolları açmaqda yardım etməyib. Güney Azərbaycanın gündəm məsələləri üzrə səlahəyyitəli mütəxəssis kimi tanınan Mehdi Nəimi Güneydə həftələrdir davam edən sərt hava şəraiti ilə bağlı bildirib ki, qar nəticəsində bağlanan kənd yollarının böyük hissəsini sakinlər açıb: “Qar nəticəsində Ərdəbildə təxminən 819, Güney Azərbaycanın Şərq Əyalətində isə 1500 kəndin yolu bağlandı. Millətin yardımı ilə Ərdəbildə 475 kəndin yolu açılsa da, 344 kəndin yolu hələ də bağlıdır. Dövlət bildirir ki, yolların açılması üçün dəstək göndərir, amma göndərilən yardım ünvana çatmır. Dövlətin göndərdiyi yardım ya heç bir işə yaramır, ya da cüzi dəyişikliyə səbəb olur. Bu səbəbdən insanlar özləri başlarına çarə qılmağa, yalın əlləri ilə yolu açmağa çalışırlar. Şərqi Azərbaycanda yolları bağlı olan 1500 kəndin böyük bir hissəsində problem aradan qaldırılsa da, alınan son məlumatlara görə, hələ 400 kəndin yolu bağlıdır”.
M.Nəimi vurğulayıb ki, yolla bağlı lazımi struktur qurulmadığı üçün belə vəziyyət yaranıb: “Əgər yenə qar yağsa, yolları bağlanan kəndlər çoxala bilər. Güclü qarın yağması səbəbindən yolların bağlanması təbii bir prosedur olsa da, məsələnin başqa yönü də var. Sözügedən bölgələr Güney Azərbaycan coğrafiyasına daxil olduğu üçün burada dövlət tərəfindən struktur qurulmayıb. Cüzi miqdarda qar yağan kimi sular donur, təbii qaz və işıqlar kəsilir, insanlar həyatdan təcrid olur, beləliklə göndərilən yardım da ünvana çatmır. Dövlət müxtəlif yollarla, məsələn, helikopterlərlə yardım göndərə bilər, amma bu, nadir hallarda olur. Mindən çox kəndin yolu bağlanarsa, təbii ki, ona 1-2 helikopterlə kömək etmək olmayacaq.
Dəstək gözləyən zərərçəkənlərə idmançıların böyük dəstəyi olub. Onlar bacardıqları qədər ehtiyacı olanları çörəklə təmin etməyə çalışıblar. Ancaq bu, nə vaxta qədər davam edəcək? İnsanlar yardım göstərməyə çalışırlar, amma bu, problemin həlli yolu deyil”.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed