Şrift:
Gənc fotoqrafın fərdi sərgisi açılıb
21.02.2020 [07:29] - Mədəniyyət
İçərişəhərdəki Bakı Fotoqrafiya Evində gənc fotoqraf Xaliq Vəlizadənin “Spektrum” adlı fərdi sərgisi açılıb. Nazirliyi və “İçərişəhər” Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilib. “İçərişəhər” Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova çıxış edərək sərgi haqqında ətraflı məlumat verib. Bildirib ki, “İçərişəhər” Muzey Mərkəzinin nəzdindəki Bakı Fotoqrafiya Evi yarandığı gündən gənc fotoqraflara dəstək olmaq üçün müxtəlif layihələr həyata keçirir. Bu gün keçirilən sərgi də bunlardan biridir. Daha sonra çıxış edən Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev və Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Nadiroğlu gənc fotoqrafı təbrik edib, ona uğurlar arzulayıb. Sonda Xaliq Vəlizadə çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Xaliq Vəlizadə 1993-cü ildə Şəmkir şəhərində anadan olub. Hazırda Şəmkir Regional Mədəniyyət İdarəsində fotoqraf, həmçinin Azərbaycan Skautlar Assosiasiyasında könüllü fotoqraf kimi çalışır. Çəkdiyi fotolar daha çox sənədli fotoqrafiya üslubundadır. Eyni zamanda təbiət, portret, astrofotoqrafiya, tarix və başqa janrlarda da fotolar çəkir. “Baku photo” və “Azərbaycanım” adlı foto müsabiqəsinin finalçılarından biridir. Bir çox müsabiqələrdə iştirak edən gənc fotoqraf 2019-cu ildə Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası zamanı keçirilən “İpək Yolu gənclərin gözü ilə” adlı beynəlxalq fotosərgidə “Gənc musiqiçi” adlı foto ilə ölkəmizi təmsil edib. Sərgi martın 1-dək davam edəcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed