Şrift:
2020-ci ilin Avropa çempionatında könüllü işləyənlərin sayı rekord həddə çatıb
21.02.2020 [07:43] - İdman
Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) 2020-ci ilin futbol üzrə Avropa çempionatında könüllü olmaq istəyənlərdən rekord sayda müraciət (37 min) daxil olub. Bu barədə turnirin Rusiya hissəsinin təşkilat komitəsinin könüllülər proqramının rəhbəri Aleksandr Maksimov məlumat verib. Turnir zamanı iki tip könüllü – şəhər və UEFA könüllüləri işləyəcəklər. Şəhər könüllüləri azarkeşləri Peterburq infrastrukturunun obyektlərində - vağzallarda, Pulkovo aeroportunda, küçələrdə, meydanlarda və digər obyektlərdə müşayiət edəcəklər. UEFA könüllüləri komandalar, assosiasiya nümayəndələri ilə işləyəcək, azarkeşlərə bilavasitə stadiona girişdə xidmət edəcəklər. Maksimov deyib: “Sifariş kampaniyası gedişində bizə 5,8 min müraciət daxil olub. Bu, bütün təşkilatçı şəhərlər arasında ikinci nəticədir: birinci yerdə Bakı, ikinci yerdə Sankt-Peterburq, üçüncü yerdə Londondur. UEFA-ya cəmi 37 min müraciət daxil olub ki, bu da futbol üzrə bütün Avropa çempionatları tarixində rekord göstəricidir. O əlavə edib ki, Sankt-Peterburqda matçlar zamanı könüllü işləmək üçün müraciət etmiş 5,8 min nəfərdən 1,2 min nəfəri seçiləcək”.
Daha əvvəl verilən xəbərə görə, Peterburqda 10,1 mindən çox şəhər sakini könüllü olmaq istəyib. Şəhərin infrastruktur obyektlərində işləmək üçün onlardan 1,5 min nəfəri seçiləcək. Avropa çempionatı bu turnirin 60 illik yubileyi şərəfinə 2020-ci il iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində keçiriləcək. Turnirin matçlarını Bakı ilə bərabər, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam qəbul edəcəklər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed