Şrift:
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub
21.02.2020 [07:52] - Hadisə
Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisində 1974-cü il təvəllüdlü Elməddin Aslanovun idarə etdiyi “Mercedes-Benz” markalı 57-CH-343 dövlət qeydiyyat nişanlı avtomobilin Şahin Ağalarovun idarə etdiyi eyni markalı 99-XV-880 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sürücü Elməddin Aslanovun və sərnişin Orxan Qarayevin hadisə yerində ölmələri, digər üç sərnişinin isə xəsarət almaları faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən ildiriblər ki, cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Aparılmış istintaqla hadisənin Ş.Ağalarov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, fevralın 18-də şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed