Şrift:
Azərbaycanda qızların nikah yaşı artır
26.10.2011 [12:15] - Gündəm
Azərbaycanda qızların nikah yaşının həddi bir il artırılaraq 18 yaşa çatdırılacaq.

Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Sosial siyasət komitələrinin birgə iclasında bildirilib. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, indiyədək qızların nikah yaşı 17 olub, Ailə Məcəlləsinə müvafiq dəyişiklikdən sonra isə bu hədd 18 olacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bu xəbər oxucular tərəfindən 687 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed