Şrift:
“Könüllü başlayan uğurlu yol” layihəsinə yekun vurulub
21.02.2020 [09:29] - Gənclik
Gənclər Fondunun XIII qrant müsabiqəsinin qalibi olan “Könüllü başlayan uğurlu yol” layihəsinin icrasına yekun vurulub. Layihə “İrəli” İctimai Birliyinin təşkilati və Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilib. Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən layihə rəhbəri Əfsanə Şükürova bildirib ki, ölkəmizdə gənclərə, xüsusilə gənc könüllülərə yüksək diqqət və qayğı göstərilir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi bu diqqətin göstəricilərindəndir. Bu diqqət gənclərin əzmkarlığını daha da artıracaq və ölkəmizdə könüllülük hərəkatının inkişafına mühüm töhfə verəcək. Ə.Şükürova bildirib ki, “Könüllülər ili”ndə reallaşdırılan layihənin əsas məqsədi bütün təbəqələrdən olan gənclərin dəstəklənməsi, sosial fəallıqlarının artırılması, onların təhsilə, peşə fəaliyyətinə, könüllülük hərəkatında iştiraka həvəsləndirilməsidir. Bununla əlaqədar keçirilən təlimlərdə gənclərə könüllülük fəaliyyətinin üstünlükləri və faydaları izah edilib, onların özlərini inkişaf etdirmələri, peşə təcrübəsi qazanmaları barədə əyani nümunələr təqdim olunub.
Layihə çərçivəsində son üç gün ərzində gənclərə bu istiqamətdə təlimlər keçirilib. Yekun təlimdə təcrübə qazanmaq, könüllülük fəaliyyətinə qoşulmaq, şəxsi inkişaf üçün atılmalı olan addımlardan danışılıb, layihə iştirakçılarının sualları cavablandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed