Şrift:
“Diplomatiya: Müasir trendlər” layihəsinə start verilib
21.02.2020 [09:36] - Gənclik
Gənclər Fondunun maliyyə dəstəyi, Dövlət Miqrasiya Xidməti (DMX), “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə “Diplomatiya: Müasir trendlər” layihəsinə start verilib.
DMX-dən bildiriblər ki, gələcək karyerasını diplomatiya sahəsində qurmaq istəyən gənclərin müvafiq biliklərinin artırılmasına yönəlmiş layihənin birinci günündə Xarici İşlər Nazirliyinin Birinci Avropa İdarəsinin rəis müavini Nigar Hüseynova iştirakçılara Azərbaycanın beynəlxalq əlaqələri mövzusunda təlim keçib. Əlli nəfərin qatıldığı təlimlərə fevralın 23-də yekun vurulacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 94 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed