Şrift:
Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbələrin analizlərinin cavabı açıqlandı
21.02.2020 [11:37] - Xəbərlər
Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən, Çində təhsil alan iki tələbənin analizlərinin cavabı açıqlanıb. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilir ki, Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi gəlib, yəni onlarda hər-hansı bir virus aşkarlanmayıb. Gün ərzində tələbələrin evə buraxılacaqları gözlənilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed