Şrift:
Gürcüstanda seçki bülletenləri Azərbaycan dilində
25.09.2012 [16:47] - Borçalı
Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 1-də keçiriləcək parlament seçkiləri üçün bülletenlərin çapına başlayıb.

Seçki bülletenləri Azərbaycan dilində də olacaq.

MSK-nın mətbuat katibi Eka Azaraşvilinin dediyinə görə, artıq bülletenlərin çap prosesi bitmək üzrədir. “Bülletenlər həm gürcü, həm Azərbaycan, həm də erməni dilində çap edilir. Çap prosesinə isə yerli QHT-lər və digər müşahidəçilər nəzarət edirlər”- deyə Azaraşvili bildirib.
Səbuhi
Bu xəbər oxucular tərəfindən 1475 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed