Şrift:
Şərqi Azərbaycanda iki əsər ölkənin qeyri-maddi mədəni irs siyahısına daxil edilib
22.02.2020 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda siyahıya alınmış Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin sayı getdikcə artır.



Şərqi Azərbaycan Turizm, Əl İşləri və Mədəni İrs İdarəsinin rəisi əyalətdə iki əsərin ölkənin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirib.



Murtaza Abdar qeyd edib ki, Xosrovşahın “Palıt qığanağı” və İsfəncan kəndinin ənənəvi “Zirişli kükə” çörəyinin bişirilməsinin siyahıya alınması barədə qeyri-maddi mədəni irs əsərlərini qeydiyyata alan milli şuranın iclasında qərar verilib.



Şərqi Azərbaycan Turizm, Əl İşləri və Mədəni İrs İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata əsasən Murtaza Abdar vurğulayıb ki, əyalətin dəyərli əsərlərinin ölkənin milli siyahısına daxil edilməsi istiqamətindəki cəhdlər davam edəcək.
Bu xəbər oxucular tərəfindən 100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed