Şrift:
Bu il Marneulidə hansı məktəblərdə təmir-bərpa işləri planlaşdırılır?
24.02.2020 [10:48] - Borçalı
Marneuli bələdiyyəsində ümumilikdə 74 məktəb fəaliyyət göstərir. 2020-ci ildə Marneuli miqyasında 13 məktəbdə infrastruktur işləri həyata keçiriləcək. Bu barədə Marneuli meriyası açıqlama veribdir. Məktəblərin əksəriyyətində əsasən dam örtüyü və qapı-pəncərələrin dəyişdirilməsi planlaşdırılıb. Məktəblərin və həyata keçirilən infrastruktur işlərinin siyahısını təqdim edirik:
Marneuli şəhər 8 saylı ictimai məktəbi – daxili qapıların və dəhlizin pəncərələrinin dəyişdirilməsi.
Sadaxlı kəndinin 1 saylı ictimai məktəbi – dam örtüyü və qapı-pəncələrin dəyişdirilməsi.
Keşəli kənd ictimai məktəbi – dam örtüyü və qapı-pəncələrin dəyişdirilməsi.
Baydar kənd ictimai məktəbi – qapı-pəncələrin dəyişdirilməsi və yeni elektrik xətlərinin çəkilməsi.
Ağkörpü kənd ictimai məktəbi – dam örtüyü və qapı-pəncələrin dəyişdirilməsi.
Təzəkənd 2 saylı ictimai məktəbi – dam örtüyü və qapı-pəncələrin dəyişdirilməsi.
Qırıxlı kənd ictimai məktəbi – dam örtüyü və qapı-pəncələrin dəyişdirilməsi.
Marneuli şəhər 6 saylı ictimai məktəbi – daxili qapıların dəyişdirilməsi.
Qullar kənd ictimai məktəbi – (Aşağı Qullarda yerləşən bina) dam örtüyü və qapı-pəncələrin dəyişdirilməsi.
Kirəç-Muğanlı ictimai məktəbi – istilik sisteminin quraşdırılması.
Ulaşlı kənd ictimai məktəbi – ayaqyolunun tikilməsi.
Marneuli meriyasından verilən ictimai məlumatda o da qeyd olunub ki, 2020-ci ildə Kirovka kənd məktəbində ayaqyolunun 2019-cu ildən başlanılmış tikintisi, Saimerlo kənd məktəbinin həyətində yenidənqurma işləri, Marneuli 6 saylı ictimai məktəbində həyətin boyanması və Marneuli 3 saylı məktəbində kiçik futbol və basketbol meydançasının tikilməsi işlərinin başa çatdırılması planlaşdırılır.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed