Şrift:
Türkiyə-İran sərhədində ikinci zəlzələ baş verib
24.02.2020 [12:50] - Xəbərlər
Fevralın 23-də yerli vaxtla saat 20:00-da Naxçıvan stansiyasından 110 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində maqnitudası 5.9 bal olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.
Qeyd edək ki, bu, Türkiyə-İran sərhədində gün ərzində baş verən ikinci zəlzələdir. Birinci zəlzələ saat 09:52-də qeydə alınıb. Zəlzələnin maqnitudası 5.8, ocağının dərinliyi 10 kilometr olub və Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 67 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed