Şrift:
“Atabay” filmi “Aylıq Film” dərgisinin seçilmiş filmləri sırasında
24.02.2020 [18:57] - Güney Azərbaycan xəbərləri
Fəcr Beynəlxalq Film Festivalının münsiflər heyəti ayrı-seçkiliyə yol verərək türkcə “Atabay” filminin üstünlüyünü görməzdən gəldikləri halda, “Aylıq Film” dərgisi “Atabay” filmini 38-ci Fəcr Film Festivalının 10 seçilmiş filmi sırasında dərc edib.
Film üzrə ustad sənətkarların rəyinin əks olunduğu cədvəldə “Atabay” filmi birinci yerdə qərarlaşıb. Huşəng Gülməkaninin baş redaktoru olduğu “Aylıq Film” dərgisi İranda film sahəsində nəşr olunan ən qədim və məşhur dərgilərdəndir.
Niki Kəriminin rejissoru, Hadi Hicazifərin ssenari müəllifi və aktyoru olduğu “Atabay” filmi 38-ci Fəcr Film Festivalında bir çox üstünlüyü ilə fərqlənib. Lakin məsulların irqçi yanaşması nəticəsində bu film heç bir bölümdə mükafat qazana bilməyib. Bundan sonra güney azərbaycanlı rejissor Niki Kərimi “Atabay” filmi və aktyor Hadi Hicazifərə qarşı irqçi yanaşmaya etiraz bildirmişdir.
“Atabay” filminin ssenari müəllifi və aktyoru Hadi Hicazifər üzərinə götürdüyü rolu yüksək səviyyədə həyata keçirməsinə baxmayaraq ən yaxşı ssenari müəllifi və aktyor kimi “kristal simurq” mükafatına namizədlər arasında yer almayıb. Bu məsələ bir çox soydaşımızın kəskin etirazına səbəb olub.”- deyə o vurğulamışdır.
Bu il fevral ayının 7-də “Atabay” filminin tənqid və təhlili iclasında jurnalist Əmir Fərzullahi türkcə çəkilən filmləri hədəfə alaraq bildirmişdir ki, kimsə İranda qeyri-fars dillərində film çəkə bilməz. Buna cavab olaraq Hadi Hicazifər bildirmişdir ki, sizin fikriniz faşizmdir. Sən və digərləri türk dilini təhqir edə bilməzsiniz. Ana Yasaya görə türk dili bu ölkədə tədris olunmalıdır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed