Şrift:
Urmu Vilayətində Tehran mərkəzli “kürd siyasəti”nə son qoyuldu
24.02.2020 [19:09] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Urmu Vilayətinin şəhərləri, özəlliklə də vilayətin mərkəzi olan Urmuda dünən keçirilən parlament seçkilərinin nəticələri Azərbaycan Türklərinin birlik nümayiş etdirməsinin nə qədər təsirli olduğunu göstərmişdir. Artıq Urmuda soydaşlarımızın dəstək verdiyi 3 namizədin qalib gəldiyini Şəhər İcra Hakimiyyətinin başçısı rəsmən təsdiqləyib. Onun sözlərinə görə, 344 min 886 səsdən Salman Zakir 138 min 436, Ruhulla Həzrətpur 86 min 910 və Vəhid Calalzadə 80 min 94 səs qazanıblar.
Deputat seçilən namizədlər “Azərbaycan yatma dur” koalisiyasında təmsil olunub. Güney Azərbaycan Milli Hərəkatının fəalları radikal kürd qüvvələrinin Azərbaycana qarşı planlarını nəzərə alaraq sözügedən namizədlərə dəstək nümayiş etdirib, bütün əhalini bu namizədlərə səs verməyə çağırmışdılar. Ona görə də bu qələbədə Güney Azərbaycanın təşkilat və qrupları, eləcə də mətbuat orqanları və kanallar xüsusi rol olub. Kürd terror təşkilatları və radikal qüvvələrin seçkilərlə bağlı planlarının zərərsizləşdirilməsi Güney Azərbaycan Türkləri tərəfindən alqışlanır, əhali sevinc içindədir.
Seçki günü Sulduz və Üşnəviyyə seçki dairəsindən Azərbaycan Türklərinin dəstək verdiyi Əli Zəncani Həsənluyi deputat seçilib. Artıq Ə.Zəncaninin qələbə qazandığını Sulduz Şəhər İcra Hakimiyyətinin başçısı təsdiqləyib. İcra Hakimiyyətinin başçısı bildirib ki, Ə.Zəncani 128 min 731 səsdən 78 min 673 səsi qazanıb. Kürd kökənli və eyni zamanda antitürk baxışları ilə tanınan Babaxan İskəndəri isə 50 min 58 səs qazanaraq ikincə yerdə qərarlaşıb. Güney Azərbaycan Türklərinin dəstək verdiyi namizədin qalib gəldiyini bildirincə, Sulduz şəhər əhalisi mərkəzi küçələrə toplaşaraq şənlik edib və sevinclərini bölüşmüşdülər.
Qeyd edək ki, ötən həftələrdə radikal kürd cərəyanları və terror qruplaşmaları geniş təbliğat apararaq Sulduzdan kürd deputat parlamentə göndərməyi, bununla da Sulduzu kürd şəhəri kimi təqdim etməyi planlaşdırırdılar. Lakin Güney Azərbaycan Milli Hərəkatının fəallarının çağırışı və Sulduz əhalisinin birlik nümayiş etdirməsi nəticəsində radikal kürdçü qüvvələrin planları zərərsizləşdirildi. Seçkilərə bir neçə gün qalmış Sulduz şəhərindən deputatlığa namizədliyini irəli sürən türk namizədlər təqdirəlayiq qərar verərək vahid namizəd üzərində dayanıb və Ə.Zəncanidən başqa hamısı namizdliyini geri götürmüşdür. Onların bu qərarı Azərbaycan Türklərinin əldə etdiyi qələbədə böyük rol oynayıb. Güney Azərbaycan Milli Hərəkatının fəalları Urmu Vilayətinin şəhərlərindəki mövcud durumu nəzərə alaraq türk əhalisini Urmu, Sulduz, Sayınqala və Tikantəpə seçki dairələrində aktiv olmağa çağırmışdılar.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed