Şrift:
Sulduzda Uluslararası Ana Dili Günündə türkcə kitablar paylanılıb
24.02.2020 [19:21] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan şəhərlərində Uluslararası Ana Dili Günü münasibəti ilə müxtəlif mədəni tədbirlər həyata keçirilib. Sulduz şəhərində bu əlamətdar günün münasibəti ilə güney azərbaycanlı fəallar tərəfindən çox sayda türkcə kitab paylanılıb. Ötən gün Urmu şəhərində şokolad hədiyyələri ilə birlikdə minlərlə trakt paylanılmışdır.
Ərdəbil şəhərində isə ana dilində təhsil hüququ ilə bağlı divarlara çoxlu şüarlar yazılıb. Qrafit texnikası ilə yazılan şüarlarla birlikdə ana dilində təhsilin qadağan
Güney Azərbaycan türkləri ana dilində təhsil ala bilmir. Bu qadağa ölkənin Ana Yasa qanunlarının 15-ci maddəsinə zidd olsa da, rejim tərəfindən tətbiq olunur. Ana dilində təhsil hüququnu tələb edən mədəni fəallar rejim tərəfindən ağır şəkildə cəzalandırılır. Güney Azərbaycan Milli Hərəkatının fəalları Tövhid Əmir Əmini və Kiyanuş Aslani ötən Uluslararası Ana Dili Günü münasibəti ilə təbrik posterləri payladıqları üçün toplam olaraq 12.5 il həbs cəzasına məhkum edilib, onlar hazırda həbsdədir. Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlı 2016-cı ildə Uluslararası Ana Dili Günü münasibəti ilə keçirilən mərasimə qatıldıqları üçün toplam olaraq 8 il həbs və 8 il sürgün edilmə qərarı ilə üzləşiblər. Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Uluslararası Ana Dili Günü elan edib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed