Şrift:
Milli fəal Həkimə Əhmədi 2 il müddətinə həbs olundu
24.02.2020 [19:39] - Güney Azərbaycan xəbərləri
İran adlı molla rejiminin Güney Azərbaycan Milli Hərəkatına və onun fəallarına qatşı apardığı siyasi proses hələ də davam edir. Ötən gün Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan Həkimə Əhmədini 583 günlük müvəqqəti həbsdən sonra onu 2 il həbsə məhkum edib. Milli fəala qarşı rejim onu şərləyərək
“rejimin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq”da ittiham edib.
Qeyd edək ki, Güney Azərbaycanın Marağa şəhərində yerləşən rejimın zindanında tutuqlanan Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq rejimin ən qəddar qurumu olan ETTELAT İdarəsinin Mərənd şəhərindəki təcridxanasına aparılmışdır. İşgəncə edilən milli fəal ağır xəsarət almış və bir müddət xəstəxanaya köçürülmüşdür. Fəal daha sonra isə rejimin Marağada yerləşən zindanına köçürülüb. Güney Azərbaycan Milli Hərəkatının fəalı ona qarşı irəli sürülən bu qanunsuzluğa görə həbsdə olduğu 16 ay müddətində bir neçə dəfə aclıq aksiyası keçirib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed