Şrift:
Milli-mədəni fəal Əli Əzizi tutuqlandı
24.02.2020 [19:44] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Əli Əzizi Urmu şəhərində İran adlı ölkəni 41 ildir idarə edən molla rejiminin xüsusi cəza dəstələri tərəfindən tutuqlanıbdır. Bu məqsədlə rejimin təhlükəsizlik qüvvələri fevralın 23-də milli fəalın ata evinə hücum edərək onu həbs edərək bəlli olmayan bir ünvana aparıblar. Milli fəalın valdeyinləri, rejimin təhlükəsizlik qüvvələrinin məhkəmə hökmünü təqdim etmədiyi üçün onlara müqavimət göstəriblər. Lakin rejimin məmurları fəalı qanunsuz şəkildə saxlayaraq naməlum istiqamətə aparıblar. Əli Əzizininin hansı səbəbdən yaxalanması barədə hələlik heç bir məlumat verilmir.
Qeyd edək ki, Əli Əzizi bundan əvvəl də Güney Azərbacan türk millətinin hüquqları uğrunda mübarizə apardığı üçün dəfələrlə yaxalanıb və təzyiqlərə məruz qalıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 123 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed