Şrift:
Sabunçu Gənclər evində Azərbaycan universitetlərinin sərgisi açılıb
25.02.2020 [13:24] - Gənclik
Ümumilikdə 22 ali təhsil müəssisəsinin və 4 kollecin təmsil olunduğu sərginin açılışında Sabunçu Gənclər evinin direktoru Samir Mehralıyev çıxış edərək sərgi barədə ətraflı məlumat verib. O, gənclərin düzgün ixtisas seçimi etmələri üçün ali təhsil müəssisələri və ixtisaslar barədə ətraflı məlumat almalarının önəmli olduğunu bildirib. Bu baxımdan sərginin gənclərin ali təhsil almağa maraqlarının güclənməsinə müsbət təsir göstərdiyi vurğulanıb. Sərgidə universitet və kolleclərin nümayəndələri iştirakçılara bu ali təhsil müəssisələrinin tarixçəsi, maddi-texniki bazası, buradakı ixtisaslar və təhsil müəssisəsinin üstünlükləri haqqında məlumat veriblər. Gənclər sərgidə iştirak etməklə ali təhsil müəssisələri ilə yaxından tanış olmaqla yanaşı, onları düşündürən suallara cavab əldə etmək imkanı qazanıblar.
Sabunçu Gənclər evi Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyət hissini artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed