Şrift:
Azərbaycan və Türkiyə gömrük prosedurlarının tezləşdirilməsi nəzərdə tutulur
25.02.2020 [13:41] - İqtisadiyyat
Azərbaycan və Türkiyə arasındakı ticarətdə gömrük prosedurlarının tezləşdirilməsi nəzərdə tutulur. Məlumatda deyilir ki, bunun üçün 2020-2021-ci illər ərzində hər iki ölkə xarici ticarət əməliyyatlarının rəqəmsallaşması sahəsində əməkdaşlıq edəcək: "Bu sahədə əməkdaşlıq çərçivəsində hər iki ölkənin xarici ticarət əməliyyatlarında tələb etdiyi sənədlər rəqəmsal bazada yerləşdiriləcək. Bu da öz növbəsində ticarət mallarının gömrük məntəqəsinə gəlmədən öncə yoxlanılmasına və daha az vaxt itkisinə səbəb olacaq.
Qeyd edək ki, 2019-cu ilin yekunlarına əsasən, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 2,033 milyard dolları keçib. 2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana ixrac 2019-cu ilin yanvarı ilə müqayisədə 33,58 faiz artaraq 118,318 milyon dollar təşkil edib. Hesabat dövründə İstanbuldan Azərbaycana ixrac 45,49 faiz artıb və 69,667 milyon dollar, Ankaradan Azərbaycana ixrac 8,61 faiz artıb və 6,31 milyon dollara bərabər olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 68 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed