Şrift:
Azərbaycandakı diplomatik nümayəndəliklər üçün koronavirusla bağlı brifinq keçirilib
25.02.2020 [14:14] - Xəbərlər
BMT-nin Bakıdakı ofisində diplomatik nümayəndəliklər üçün koronavirusla (COVID-19) bağlı brifinq keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, 60-dan çox diplomatın qatıldığı brifinqdə BMT-nin rezident əlaqələndiricisi Ghulam Isaczai, Azərbaycan Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və Ümumdünya Səhiyyə Təşkilatının Cənubi Qafqazda fövqəladə hallara hazırlıq üzrə əlaqələndiricisi Vasily Esenamanov çıxış ediblər.
V. Esenamanov dünyada, o cümlədən Azərbaycanda virusun yayılmasına qarşı ÜST-nin dəstəyi ilə aparılan qabaqlayıcı tədbirlər barədə, L.Abdullayeva isə müvafiq rəsmi qurumların COVID-19-la əlaqədar həyata keçirdiyi tədbirlər haqqında danışıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövcud risklərlə bağlı müvafiq tövsiyələr verilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed