Şrift:
Gürcüstanda dövlət bayraqları endirilib
25.02.2020 [18:04] - Siyasət
Bu gün Gürcüstanın keçmiş sovet ordusu tərəfindən işğalının 99-cu ildönümüdür.
Bununla bağlı ölkənin bütün dövlət qurumlarında, diplomatik nümayəndəliklərində bayraqlar endirilib. Dövlət bayraqları Gürcüstan Prezidentinin sarayı, parlament, hökumət və digər dövlət idarələrinin binalarında da endirilib.
Qeyd edək ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tifilisə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib. Gürcüstan parlamentinin 2010-cu il 21 iyul tarixli qərarı ilə fevralın 25-i Sovet işğalı günü elan olunub. Ölkə üzrə dövlət bayraqları hər il məhz bu tarixdə işğalın yüz minlərlə qurbanının xatirəsinə ehtiram əlaməti olaraq endirilir.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 97 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed