Şrift:
Mərkəzi Şahmat Klubunda keçirilən rapid turnirinin qalibləri bəlli olub
26.02.2020 [08:43] - İdman
Mərkəzi Şahmat Klubunda beynəlxalq usta, əməkdar məşqçi, FIDE məşqçisi Orxan Abdulovun təşkilatçılığı ilə rapid üzrə reytinq turniri keçirilib. Şahmatçılar yarışda A və B turnirlərində mübarizə aparıblar.
Yarışın A turnirində 7 turdan 6 xal toplayan Nail Bəşirli qalib olub. Qızların mübarizəsində 5 xalla Ayan Allahverdiyeva fərqlənib. Yarışın B turnirində isə oğlanlar arasında Fərid Məmmədov 6,5 xalla birinci yeri tutub. Qızlar arasında isə Aysu Məmmədli 4 xalla turnirin qalibi adını qazanıb.
Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Rəhim Qasımov olub. İsveçrə sistemi üzrə keçirilən yarışlar 7 turdan ibarət olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 121 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed