Şrift:
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
26.02.2020 [09:19] - Hərb
Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax, Şəmkir və Zaqatala şəhərlərindəki hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimlərdə gənc əsgərlər təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki oxunub. Mərasimdə Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması qeyd edilib. Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirərək onlara müvəffəqiyyətlər arzulayıblar.
Tədbirlərdə DSX-nin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təmini və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə olunub. Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik еdərək Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər. Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed