Şrift:
Gənc PR mütəxəssisləri üçün uzunmüddətli təlim proqramı təşkil olunub
26.02.2020 [10:06] - Gənclik
Gənclər evlərinin və Gənclərin İnkişaf və Karyera mərkəzlərinin PR mütəxəssisləri üçün uzunmüddətli təlim proqramı keçirilib. Gənclərin İnkişaf və Karyera Mərkəzindən bildiriblər ki, təlim proqramı Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Avropa İttifaqı, BMT-nin Əhali Fondu, UNİSEF Azərbaycan və “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən “Gənclər üçün xidmətlər - Azərbaycan Hökuməti və BMT-nin birgə təşəbbüsü” layihəsi çərçivəsində təşkil olunub.
Layihənin “Marketinq və PR dəstəyi” istiqaməti çərçivəsində baş tutan uzunmüddətli təlim proqramında Binəqədi, Xəzər, Mingəçevir Gənclər evləri, eləcə də Gənclərin İnkişaf və Karyera mərkəzlərinin Biləsuvar, Şəmkir və Qazax nümayəndəliklərində çalışan gənc PR mütəxəssisləri iştirak ediblər. Proqram çərçivəsində peşəkar mütəxəssislər tərəfindən iştirakçılara PR kampaniyaların təşkili, rəqəmsal strategiyanın qurulması, sosial şəbəkələrdə reklamların səmərəli idarə olunması, veb-saytların hazırlanması, foto və video materialların redaktə olunması mövzuları tədris olunub. Nəzəri və praktiki olmaqla iki hissədən ibarət təlimlərdə əvvəlcə iştirakçılar bu sahələrdə nəzəri biliklər əldə edib, daha sonra komanda işləri biliklərini sınayıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed