Şrift:
“Qış möcüzəsi” adlı fotomarafonun qalibləri müəyyənləşib
26.02.2020 [10:09] - Gənclik
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Fotoqrafları Birliyinin gənclər arasında foto sənətinə marağın artırılması, bu sahədə gənc istedadların üzə çıxarılması məqsədilə ötən ilin dekabrında start verdiyi “Qış möcüzəsi” adlı fotomarafonun qalibləri müəyyənləşib.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayondakı Pedaqoji Kollecdə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov müsabiqədə uğur qazanan gəncləri təbrik edərək onlara daha böyük uğurlar arzulayıb. O, gənclərə daim fəal olmağı və rayonun, ümumiyyətlə ölkəmizin ictimai həyatında aktiv iştirak etməyi tövsiyə edib.
“Mənzərə” mövzusunda fotosuna görə müsabiqənin qalibi adına layiq görülən Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Ayşən Talıbova Gənclər və İdman Nazirliyinin diplom və xüsusi hədiyyəsi ilə təltif olunub. Müsabiqədə fərqlənən digər gənclər də mükafatlandırılıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 561 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed