Şrift:
Beynəlxalq Din Azadlığı Komissiyası Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıblar
26.02.2020 [10:17] - İslam dini
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) sədr müavinləri Qeyl Mançin, Nadin Menza, Komissiyanın Beynəlxalq hüquq üzrə mütəxəssisi Kristen Laver və siyasi analitiki Kill Bakken fevralın 25-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olublar. Qonaqları ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solley müşayiət edib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, İdarə sədrinin birinci müavini Salman Musayev qonaqlara tarixi dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsi, onun struktur və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. QMİ-nin beynəlxalq müstəvidə həyata keçirdiyi tədbirlər və qarşıdakı planlar barədə danışan S.Musayev ölkəmizdə hökm sürən multikultural həyat tərzinin özəllikləri, dövlət-din münasibətlərinin yüksək səviyyəsini xüsusi vurğulayıb.
Görüşdə ölkəmizdəki İslam dini icmalarının və dini mərkəzin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. QMİ sədrinin birinci müavini Salman Musayev, sədrin müavinləri Qəmərxanım Cavadlı, Rəşad Əliyarlı və aparat rəhbəri Simran Həsənov komissiya nümayəndələrinin bu sahə ilə bağlı suallarını cavablandırıblar. Qonaqlar Təzəpir məscidini ziyarət ediblər və İdarənin kitabxanası ilə tanış olublar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed