Şrift:
İndoneziyanın “Cakarta” məşhur voleybol klubu Xocalı soyqırımını yad edib
26.02.2020 [12:08] - Xəbərlər
İndoneziyanın qadınlardan ibarət “Cakarta” voleybol klubu Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. Klub bununla bağlı kollektiv şəkil çəkdirərək, sosial şəbəkə vasitəsilə paylaşıb. Baş məşqçisi Ziya Rəcəbov olan, milli komandamızın sabiq oyunçuları Natalya Məmmədova və Odina Əliyevanın formasını geyindiyi “Cakarta” klubunun üzvləri əllərində Azərbaycan və İndoneziya bayraqları, üzərlərində isə ingiliscə “Xocalıya ədalət” yazılan forma ilə dəstək nümayiş etdiriblər.
Qeyd edək ki, ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 59 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed