Şrift:
Türkiyədə Əhməd Cavadın adına park açılıb
26.09.2012 [12:58] - Türk dünyası-Turan
Bu xəbəri paylaş Silahlı Qüvvələr haqqında qanun Milli Məclisdə Afaq Bəşirqızı ürəyindən əməliyyat olunacaq Bakıda tonlarla tullantı toplanıb Apteklərdə dərman müsadirə edilib Türkiyənin Mersin bölgəsində Azərbaycanın tanınmış şairi Əhməd Cavadın adını daşıyan parkın açılışı olub.Parkın açılış mərasimində Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Türkiyədən çoxlu sayda bələdiyyə başqanları iştirak ediblər.
Azərbaycanlı müğənni Şəmistan Əlizamanlının «Çırpınırdı Qara dəniz» mahnısı ilə başladığı konsertdən sonra şairin nəvəsi Anar Axundzadə parka Əhməd Cavadın adının verilməsinə görə təşəkkürünü bildirib. PA rəsmisi Qafar Əliyev də Azərbaycan şairinə Türkiyədə göstərilən diqqətə görə təşəkkürünü bildirib. Q. Əliyev bundan əvvəl də Mersinin Tarsus bələdiyyəsinin Heydər Əliyev adına körpü tikdiyini xatırladıb və buna görə də minnətdarlığını ifadə edib.
Tarsus bələdiyyə başqanı Bürhanəddin Kocamaz bu xidmətlərin davam edəcəyini bildirib. O, çıxışında Əhməd Cavadın Türk dünyasının ortaq şairi olduğunu bildirib, onun yaradıcılığından bəhs edib.
Bu xəbər oxucular tərəfindən 1594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed