Şrift:
Gimnastımız Gövhər İbrahimova Rumıniyada üç qızıl medal qazanıb
27.02.2020 [08:40] - İdman
Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə “İrina Deleanu Cup” adlı beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, turnirdə ölkəmizi Gövhər İbrahimova, Məryəm Əliyeva və Fatimə Əkbərova təmsil ediblər.
On yaşlı G.İbrahimova bu il çıxış etdiyi ilk beynəlxalq yarışda 3 qızıl medal qazanmağa müvəffəq olub. Belə ki, gimnastımız həm çoxnövçülük, həm gürzlər, həm də halqa ilə çıxışına görə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ilk pilləsinə yüksəlib. M.Əliyeva çoxnövçülük, gürzlər və topla nümayiş etdirdiyi hər bir çıxışına görə 6-cı yerdə qərarlaşıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed