Şrift:
9 il əvvəl Zaqatalada qətl törədən şəxs cinayət məsuliyyətinə cəlb olunub
27.02.2020 [08:48] - Hadisə
Doqquz il əvvəl Zaqatala rayonunda qətl törətmiş şəxs polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, 2011-ci ildə Zaqatala şəhər sakini S.Eyyubovanı yaşadığı evdə bıçaqla qətlə yetirərək hadisə yerindən yayınan şəxsin Gəncə şəhər sakini Polad İsmayılov olduğu müəyyənləşdirilib. O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed