Şrift:
Ötən gün paytaxtda 46 cinayət hadisəsinin üstü açılıb
27.02.2020 [08:55] - Hadisə
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 46 cinayət hadisəsinin üstü açılıb. Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, onlardan 8-i əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub. Hadisələrin 1-i qəsdən sağlamlığa ağır zərər vurma, 3-ü soyğunçuluq, 5-i xuliqanlıq, 5-i narkotiklərlə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 faktın üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 20 nəfər saxlanılıb. İtkin düşmüş kimi barələrində axtarış elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed