Şrift:
“Dəniz kuboku” müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib
27.02.2020 [09:28] - Hərb
Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında keçiriləcək “Dəniz kuboku” müsabiqəsinin yüksək səviyyədə təşkili məqsədilə iştirakçı ölkə orduları nümayəndələrinin işçi görüşü təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan, Rusiya və İran nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müsabiqənin əhəmiyyəti vurğulanıb, hazırlıqla bağlı planlaşdırılan məsələlər və görüləcək işlər müzakirə edilib. Sonda yekun protokol imzalanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed