Şrift:
Region gənclərimiz Xocalı soyqırımı qurbanlarının xatirəsini anırlar
27.02.2020 [11:35] - Gənclik
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin Goranboy, Şəmkir, Ağcabədi və Samux nümayəndəlikləri anım tədbirləri həyata keçiriblər. Mərkəzdən verilən məlumata görə, tədbirlər region gənclərinin Şəhidlər Xiyabanını ziyarət etməsi ilə başlayıb. Gənclər Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarları üzərinə gül qoyaraq onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə iştirak edənlər ermənilərin əsrlər boyu Azərbaycana qarşı apardığı işğalçı, etnik təmizləmə siyasəti və xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə geniş məlumat verib, Xocalı faciəsinin Azərbaycan tarixinin ən qanlı hadisələrdən biri olduğunu vurğulayıb, 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən törədilən Xocalı soyqırımının miqyasına və amansızlığına görə əsrin ən dəhşətli soyqırımlarından biri olduğunu söyləyiblər. Müzakirələr zamanı erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələri barədə danışılıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi və əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqları bildirilib.
Daha sonra gənclər “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində məlumatlandırma işinə verə biləcəkləri töhfə barədə müzakirələr aparıblar. Xocalı qurbanlarının anım mərasimi gün ərzində gənclərə soyqırımının dəhşətlərini özündə əks etdirən sənədli filmin nümayişi, faciəyə həsr olunmuş kitablar, broşürlər və digər materialların müzakirəsi ilə davam edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed