Şrift:
Azərbaycanda əsasən 60-90 min manatlıq mənzillərə ipoteka verilir
27.02.2020 [12:30] - Xəbərlər
Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) portfelinin ipoteka predmetinin dəyəri üzrə pay bölgüsü açıqlanıb. Fondun portfelində əsas yeri 60-90 min manatlıq kreditlər tutub. İKZF-in portfelinin 37,41% və ya 756 979 491 manatını məhz bu dəyərdə olan ipoteka kreditləri əhatə edib. Portfeldə ən az payı (0,57% və ya 11 602 560 manat) isə dəyəri 30 min manatadək olan ipotekalar təşkil edib.
Qeyd edək ki, hazırda 150 min manatadək ipoteka kreditləri minimal ilkin ödəniş 15% olmaqla maksimal 25 il müddətinə verilir. İllik faiz dərəcəsi zəmanət verilmiş kreditlər üzrə 8%, zəmanət verilməmiş kreditlər üzrə 7% təşkil edir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed