Şrift:
Milli fəal və öyrənci Məleykə Qaragözlü həbs edildi
27.02.2020 [13:11] - Güney Azərbaycan xəbərləri
41 ildir İran adlı ölkəni idarə edən molla rejimi ötən ilin noyabr-dekabr aylarında gözlənilmədən benzinin və neft məhsullarının qiymətinin 3 dəfə (300 faiz) artması siyasətinə qarşı kütləvi etirazlar zamanı Tehranda tutuqlanan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan öyrənci Məleykə Qaragözlü (Dəniz) həbs cəzasına məhkum edilib. Tehranın Əllamə Təbatəbayi Universitetində jurnalistika üzrə təhsil alan öyrəncinin 6 ay azadlıqdan məhrum edildiyi bildirilir.
Milli fəal və öyrənci 2019-cu il dekabrın 1-də 600 milyon riallıq vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Məleykə Qaragözlü 2019-cu il noyabrın 18-də Tehranda bahalığa qarşı keçirilən etirazlar zamanı Tehran Universitetinin qarşısında saxlanmışdır. O sərbəst buraxılanadək “Sepah”ın kəşfiyyat bölümünün Evin zindanındakı korpusunda saxlanılıb və bir çox təhdidlərə məruz qalıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 109 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed