Şrift:
Urmu Vilayətinin zəlzələ bölgəsində kürd terror qrupları fəallaşıblar
27.02.2020 [13:18] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Urmu Vilayətinin zəlzələ baş verən bölgələrində kürdlərə bağlı
terror qrupları hətta Qızıl Aypara Cəmiyyətinin göndərdiyi xilasedici qətlə yetirilər.
Bu olayla bağlı ötən bazar günü Urmu Vilayətinin Qotur məntəqəsində baş verən zəlzələ bölgədəki kürd terror qruplaşmaları və radikal kürdləri hərəkətə keçdiləri ilə bağlı bilgilər daxil olmuşdur. Terrorçuların təhdidi o həddə çatıb ki, bölgəyə göndərilən Qızıl Aypara Cəmiyyətinin xilasetmə qrupları bəzi kəndləri tərk etməyə məcbur olub. Hətta kəndlərin birində Salmas Qızıl Aypara Cəmiyyətinin rəsmi işçisi kürdlərdən tərəfindən qətlə yetirilib. Onun fevralın 25-də Buruşqalan kəndində öldürüldüyü bildirilir. Deyilənlərə görə, həmin şəxs Qızıl Aypara Cəmiyyəti tərəfindən təbii fəlakətdən zərərçəkənlər arasında çadır paylamaq üçün bölgəyə göndərilib. Öldürülən şəxsin adının Həmid Dehqan və Azərbaycan türkü olduğu bildirilir. Terror qruplaşmalarına bağlı radikal kürdlərin təxribatçı hərəkətləri bəzi kəndlərə yardım çatdırmağı çətinləşdirib, hətta bir neçə yerdə yardımların müvəqqəti olaraq dayandırıldığı bildirilir. Terrorçular gecə saatlarında yolu bağlayaraq zəlzələdən zərərçəkənlərin ev əşyalarını talamaq və avtomobillərini oğurlamaq istəyiblər. Lakin sərhəd qoşunlarının vaxtında müdaxilə etməsi buna mane olub.
Fevralın 23-də Xoy şəhərinin Qotur məntəqəsində təxminən 6 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanlar ətraf şəhər və kəndlərdə də hiss olunub. Rəsmi mənbələr hadisə nəticəsində 100-dən çox insanın xəsarət aldığını və bir çox kənd evinə ziyan dəydiyini bildirib. Bölgədə yemək və qızınmaq vasitələrinə təcili ehtiyac var. Bütün bu rəzalətlərə baxmayaraq, molla rejiminin rəsmi qurumları baş verən olayların qarşısını almırlar.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed