Şrift:
Təbriz Elektrik Stansiyası mazut yanacağıdan istifadə etdiyi üçün hava çirkliliyi artıb
27.02.2020 [13:25] - Güney Azərbaycan xəbərləri
Güney Azərhaycanın başkəndi Təbriz Elektrik stansiyasının mazut yanacağıdan istifadə etməsi havanın kirliliyinə səbəb olub. Qaz yerinə mazut istifadə etmək isə ölkədə gazın çatışmazlığı və Təbriz sansiyasının qaz kvotasının kəsilməsi olaraq bildirilib. Təbriz elektrik stansiyasının İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Bəhram Sərməst stansiyanın mazutdan istifadə olunmasını qəbul edərək, bunun səbəbini elektrik stansiyasının qaz kvotasının kəsilməsi olduğunu bəyan edib. Sərməstin dediyinə əsasən, Təbriz elektrik stansiyası yanvarın 12-dən bəri qaz yerinə yanacaq olaraq mazutdan istifadə edir.
Təbrizin meri Behruz Məhdəvi Təbriz elektrik stansiyasının 24 saat müddətində mazutdan istifadəni dayandıraraq, qaz istifadəsinə dönməli olduğunu bildirib. Beləliklə, Təbriz meri əhalinin qaz istifadəsində 25 faiz qənaət edərək, stansiyanın qaz ilə çalışmasına şərait yarada biləcəyini deyib. O həmçinin şəhər idarələrində daha az qaz istehlak edilməsi ilə bağlı tapşırıq verildiyini bəyan edib. Təbriz meri şəhərin hava çirkliliyinin 60-70% -nin nəqliyyat vasitələri tərəfindən olduğunu deyir.
Təbriz Şəhər Şurası sədrinin müavini Soniya Əndiş də əhalinin illərdir elektrik stansiyası və Təbriz Neft-Kimya Şirkətinin durumundan rahatsız olduğunu və etiraz etdiyini bildirərək, bu məsələnin nəzərə alınması və ona ciddi yanaşmanın vacibliyini qeyd eib.
Qeyd edək ki, 2015-cı ilin oktyabr ayında Təbriz elektrik stansiyası mazutdan istifadə etdiyinə görə fəaliyyəti dayandırılmışdı. 2015-ci ildə məhkəmə stansiyanın möhürlənmə səbəbini açıqlayaraq, elektrik stansiyasının mazutdan istifadə etməsinin İranın Enerji Komissiyasının aldığı qərarlara zidd olduğunu, havanın çirklənməsinə səbəb olaraq, kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərdiyi və insanlarda bir çox tənəffüs problemlərini yaratdığı bildirilmişdi.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed