Şrift:
Milli fəal Yusif Karini 2 il həbsə məhkum etdi
27.02.2020 [13:31] - Güney Azərbaycan xəbərləri
41 ildir İran adlı ölkəni idarə edən mollakratiya rejiminin Güney Azərbaycan siyasəti dəyişməz olaraq qalır. Belə ki, Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsinin 13-cü şöbəsi Güney Azərbaycan Milli Hərəkatının fəalı Yusif Karini 2 il həbsə məhkum edib. Bu barədə məhkəmə qərarı fevralın 23-də milli fəala elan olunub. Bundan öncə rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi hazırda rejimin Ərdəbildə yerləşən zindanında saxlanılan fəalı “GAMAC-a üzv olmaq” və “rejim əleyhinə təbliğat aparmaq”da ittiham edərək, sıra ilə 5 və 1 il (6 il) həbs cəzasına məhkum etmişdir.
Apellyasiya Məhkəməsinin 13-cü şöbəsi milli fəala “rejim əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib və ikinci ittihamda dəyişiklik edərək, fəalı “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə Abbas Lisaninin rəbərlik etdiyi sözdə qövm və mədəniyyətlə bağlı qrupun iclaslarına davamlı olaraq qatılmaqla həmin qrupa üzv olmaq” ittihamına görə 2 il həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, rejimin Apellyasiya məhkəməsi tanınmış milli fəal Abbas Lisani azadlığa buraxılarkən onun görüşünə getmək və Novruz bayramı münasibəti ilə fəalın evinə novruz görüşünə getməyi qrupa üzv olmaq kimi qiymətləndirib. Bundan əlavə “Qövm və mədəniyyətlə bağlı qrup” da yoxdur. Bir sözlə çıxarılan qərar tamamilə absurd və qeyri-məntiqidir. Yusif Kari ötən ilin sentyabr ayında rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 84 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed