Şrift:
“Traxtur”un kapitanı heç bir suçu olmadan cəzalandırılıb
27.02.2020 [13:42] - Güney Azərbaycan xəbərləri
Takımın icraçı direktoru isə, Tehrandakı Futbol Federasiyasının İnzibati Komitənin qərarına etiraz bildirib
Güney Azərbaycanın başkəndi Təbrizin “Traxtur” futbol takımı super liqa yarışlarında öz mövqeyini gücləndirdiyi bir vaxtda ona qarşı yeni təzyiqlər başlayıb. Bu ssenari hər il super liqa yarışlarında mövsümün ikinci yarısında təkrar olunur. Çərşənbə axşamı günü yayılan məlumata görə, Futbol Federasiyasının inzibati komitəsi “Traxtur”la “Gül Gövhər” takımlarının keçirdiyi yarışla bağlı hökm çıxarıb. Hökmə əsasən Güney Azərbaycan takımının kapitanı Məsud Şucayi 3 oyunda öz takımının görüşlərinə qatıla bilməyəcək. O, bundan əlavə, 100 milyon rial məbləğində cərimə də ödəməlidir.
İnzibati Komitə Məsud Şucayini hakimlə kobud rəftar davranmaq və virtual məkanda hakimə böhtan atmaqda günahlandırıb. “Traxtur” takımının icraçı direktoru Mir Məsum Söhrabi İnzibati Komitənin çıxardığı hökmü qınayaraq bu qərarı “Traxtur” klubu və onun tərəfdarlarına qarşı zülm kimi qiymətləndirib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed