Şrift:
Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb
28.02.2020 [10:43] - Hadisə
Daxili İşlər Nazirliyi (DİN) Qaradağ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətindən bildiriblər ki, rayonun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini B.Əliyevin idarə etdiyi “BMW”, Bakı şəhər sakini Pərviz Yusifzadənin idarə etdiyi “Daewoo” və Şəki rayon sakini Hikmət Lətifovun idarə etdiyi “Fiat” markalı avtomobillər toqquşub. Nəticədə H.Lətifov, P.Yusifzadə və sərnişini Ağdam rayon sakini Fatma Quliyeva hadisə yerində ölüblər. Digər sürücü isə xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed