Şrift:
Azərbaycanlı icmasının nümayəndəsi icma adından II İliaya dəstəyini ifadə edib
28.02.2020 [13:19] - Borçalı
Marneuli və Hucabi Yeparxiyasının nümayəndələri Marneuli yerli özünüidarəsinin nümayəndələri və Parlamentin deputatı Tamaz Naveriani ilə birlikdə Gürcüstanın patriarxı II İlia ilə görüşüblər. Görüş 25 fevral tarixində baş tutub. Patriarxlığın veb-səhifəsində yayımlanmış məlumatda qeyd olunub ki, Azərbaycanlı icmasının nümayəndəsi icma adından patriarxa dəstəyini ifadə edib və qeyd edib ki, patriarxın sözləri onlar üçün xüsusilə dəyərlidir. Həmin xəbərdə qeyd olunan azərbaycanlı icmasının nümayəndəsi Marneuli Bələdiyyə Məclisinin “Gürcü Arzusu” partiyasından seçilmiş deputatı Rövşən İsgəndərovdur. Gürcüstan patriarxının yalnız Gürcüstan və Azərbaycan deyil, bütün dünya qarşısında böyük xidmətləri var. O, da bu ölkənin bir övladı kimi II İliaya hörmət etməyə borcludur.
“Siz bilirsiniz ki, Marneuli və Hucabi yepiskopunun Marneuli üçün böyük xidmətləri var. O, çalışır ki, bütün etnik azlıq nümayəndələri dostluq şəraitində yaşasın. Əlbəttə, bu görüş mənim üçün çox sevindirici və maraqlı idi”, – Rövşən İsgəndərov dedi.
Patriarx ilə görüşə Marneulinin majoritar deputatı Tamaz Naveriani də dəvət olunmuşdu. O, qeyd etdi ki, görüşdə əsasən Marneuli və Hucabi yeparxiyasının fəaliyyəti ilə bağlı söhbət açıblar. Patriarxlıq tərəfindən dərc olunmuş məqalədə qeyd olunub ki, Marneuli və Hucabi yepiskopu Qiorqi (Camdeliani) patriarxı yeparxiyada mövcud olan vəziyyətlə tanış edib və qeyd edib ki, 6 il əvvəl Marneuli və Hucabi yeparxiyasının yaradılması Kvemo Kartli bölgəsində xristian həyat tərzinin dirçəlməsinə yardım edib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 1597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed