Şrift:
Bakıda keçirilən yarışda Marneulili idmançılar 6 medal qazanıblar
28.02.2020 [13:24] - Borçalı
Bakıda keçirilən açıq respublika birinciliyində iştirak edən Marneuli idmançıları vətənə medalla qayıdıblar. Bu haqda məlumatı "Gorarxı" idman klubunun baş məşqçisi Tofiq Əkbərov verdi. Onun sözlərinə görə, Bakıda keçirilən yarışda Marneulidən olan idmançılar iki qızıl, dörd gümüş medal qazanıblar.
“WFMC-Gürcüstan təşkilatının üzvü olan və Marneulidə fəaliyyət göstərən "Cəlil Səfərov" adına kikboksinq klubunun idmançıları Bakıda keçirilən açıq respublika birinciliyində iştirak etdilər. Yarışda Sübhan Ələkbərov və Rəvan Kərimov qızıl, Murtuzəli Ləzgiyev, Aqşin Qasımov, Məhəmməd Əfəndiyev və Bəylər Piriyev isə gümüş medallar qazanıblar. Bu yarışda komandaya məşqçi Namiq Səfərov rəhbərlik edirdi”, - Tofiq Əkbərov dedi.
Onu da əlavə edək ki, Bakıda keçirilən yarış Budo Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilib. Yarış “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutub.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 1621 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed