Şrift:
Türkiyə Suriya ordusuna cavab zərbələri endirir
28.02.2020 [15:01] - Xəbərlər
İdlibdə Türkiyə Silahlı Qüvvələrinin əsgərlərini atəşə tutulmasına cavab olaraq türk hərbçiləri Suriya ordusunun mövqelərinə zərbələr endirirlər. Bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələndirmə üzrə sədri Fahrettin Altun deyib:
"Suriya ordusunun hədəflərinə atəş açmaq üçün hava və quru qüvvələrdən istifadə edilir. Suriyada fəaliyyətimiz bayrağımıza uzadılmış əllər qırılana qədər davam edəcək".
Xatırladaq ki, İdlibdə Suriya hakimiyyət rejiminin qoşunlarının aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 29 əsgəri şəhid olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed