Şrift:
Aİ: İdlibdə baş verənlərin genişmiqyaslı beynəlxalq hərbi qarşıdurmaya çevrilmə riski var
28.02.2020 [15:08] - Siyasət
“İdlibdə davam edən eskalasiyanı təcili dayandırmaq lazımdır”. Bu barədə Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter”də bildirib.
“İdlibdə baş verənlərin genişmiqyaslı açıq beynəlxalq hərbi qarşıdurmaya çevrilmə riski var. Ayrıca, baş verənlər dözülməz humanitar çətinliklərə səbəb olur və mülki insanları təhlükəyə atır. Avropa İttifaqı bütün tərəfləri gərginliyi azalmağa çağırır və itkilərə görə təəssüflənir. Avropa İttifaqı təhlükəsizlik maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri nəzərdən keçirəcək. Bütün müvafiq tərəflərlə əlaqə saxlayırıq”, - deyə C. Borrell vurğulayıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed